Geniş mühəndislik və rəqəmsal həllər təqdim edirik -
saytlar, mobil tədbiqlər, dronlar, PCB və mikrokontroller əsaslı ağıllı sistemlər hazırlayırıq.
Fikirləri etibarlı və müasir məhsullara çeviririk.
Veb və Mobil proqramlaşdırma
Biznesiniz üçün yüksək performanslı veb-saytlar və mobil tətbiqlər hazırlayırıq. Sürətli işləmə və stabil funksionallıq təmin olunur.
Elektronika və PCB dizayn
Elektron lövhələrin (PCB) topologiyası, cihazların yığılması və mikrokontroller əsaslı sistemlərin layihələndirilməsi peşəkar şəkildə icra edilir.
Dron texnologiyaları
Kommersiya və xüsusi layihələr üçün dronların hazırlanması, təmiri və modernləşdirilməsi həyata keçirilir. Yüksək dəqiqlik və stabillik təmin olunur.
VR / AR / MR texnologiyaları
Müxtəlif tapşırıqlar üçün immersiv VR həllərinin hazırlanması və tətbiqi həyata keçirilir. Yüksək realizm və interaktivlik təmin olunur.
3D Dizayn və 3D Çap
Texniki modellərin hazırlanması üçün 3D dizayn və yüksək dəqiqlikli 3D çap prosesləri icra olunur.
Ağıllı şəhər sistemləri
Şəhər infrastrukturunun avtomatlaşdırılması üçün ağıllı şəhər sistemlərinin qurulması və inteqrasiyası həyata keçirilir.
Təhlükəsizlik sistemləri
Mühafizə infrastrukturunun qurulması üçün təhlükəsizlik sistemləri inteqrasiya olunur. Sabit nəzarət və etibarlılıq təmin edilir.
Texniki dəstək və servis
Diaqnostika, təmir və proqram yenilənməsi peşəkar şəkildə aparılır. Müştərilər üçün davamlı texniki xidmət göstərilir.
İnnovasiya və mühəndislik bir yerdə
Müxtəlif sahələr üçün veb, mobil, dron və elektronika istiqamətində hazırlanmış layihələr. Fərqli sənaye və biznes ehtiyaclarına uyğunlaşdırılmış funksional və etibarlı həllər.
PCB dizaynı, cihaz istehsalı və mikrokontroller əsaslı sistemlərin hazırlanması. Müxtəlif sənaye və istehsal sahələri üçün etibarlı, sınaqdan keçmiş elektron həllər.
Kommersiya və xüsusi tapşırıqlar üçün fərdi dron həlləri. Uçuş stabilliyi, yükdaşıma qabiliyyəti və funksionallıq üzrə optimallaşdırılmış sistemlər.
Gələcəyin texnologiyasını bu gün qururuq
Biznesiniz üçün xüsusi veb və mobil həllər
Sizin tələblərinizə uyğun yüksək performanslı və müasir veb-saytlar, mobil tətbiqlər və idarəetmə sistemləri hazırlayırıq. Fərdi yanaşma, optimallaşdırılmış arxitektura və stabil iş prinsipi ilə biznes proseslərinizi gücləndiririk.
- Fərdi dizayn və funksionallıq
- Yüksək sürət və optimizasiya
- Təhlükəsiz və stabil arxitektura
Elektronika və PCB dizayn
Fərdi elektron lövhələr, cihazlar və mikrokontroller əsaslı sistemlər hazırlayırıq. Layihələndirmədən istehsala qədər bütün mərhələləri tam şəkildə icra edirik.
- Peşəkar PCB dizayn
- Sensor və modul inteqrasiyası
- Komponent optimizasiyası
- Prototiplərin hazırlanması
Pilotsuz Uçuş Aparatları
Kommersiya və xüsusi layihələr üçün dronların hazırlanması, təmiri və modernləşdirilməsi. Uçuş sabitliyi, funksionallıq və etibarlılıq üzrə optimallaşdırılmış fərdi sistemlər qururuq.
- Uçuş sabitliyin optimizasiyası
- Kamera və sensor inteqrasiyası
- Xüsusi çərçivə və modullar
- Uçuş planlaması və avtomatlaşdırma
3D dizayn və 3D çap xidmətləri
Mürəkkəb texniki detallar, layihələr və funksional modellər üçün yüksək dəqiqlikli 3D dizayn və 3D printer əsaslı çap həlləri təqdim edirik. İstənilən forma, ölçü və məqsədə uyğun modelləri layihələndirir, prototiplərdən hazır komponentlərə qədər tam istehsal prosesini həyata keçiririk.
- Yüksək dəqiqlikli 3D modelləşdirmə
- PLA, ABS, Bazalt və digər materiallarla 3D çap
- Prototiplər və hazır komponentlərin istehsalı
- Funksional və mexaniki detalların hazırlanması
Texniki dəstək və servis
Elektronika cihazlarının təmiri, diaqnostikası və davamlı texniki xidmətini təmin edirik. Sürətli reaksiya, dəqiq analiz və uzunmüddətli etibarlılıq üzərində qurulmuş servis modeli tətbiq edirik.
- Operativ xidmət
- Peşəkar diaqnostika
- Uzunmüddətli dəstək
- Fərdi texniki məsləhət
Rəqəmsal inkişaf və innovasiyanı sürətləndirən daha çox xidmətləri kəşf edin. Daha çox
Sizin üçün sabahın texnologiyasını indi inkişaf etdiririk
Tez-tez verilən suallar
Biz müxtəlif texnoloji sahələri əhatə edən geniş xidmətlər təklif edirik: • Veb və mobil tətbiqlərin hazırlanması • Elektronika və PCB dizaynı, dron texnologiyaları • Təhlükəsizlik sistemləri, 3D dizayn və 3D çap xidmətləri • Kompüter texnologiyaları • VR / AR / MR texnologiyaları • Texniki dəstək və servis xidmətləri
Xidmətlərimizdən həm fərdi müştərilər, həm də müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər yararlana bilər. Bunlara daxildir: • Startaplar və kiçik bizneslər – sıfırdan veb, mobil və texnoloji həllərə ehtiyacı olanlar • Orta və böyük şirkətlər – mövcud proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq istəyənlər • İstehsal və sənaye müəssisələri – elektronika, dron sistemləri və xüsusi avadanlıq tələb edənlər • Təhsil və təlim mərkəzləri – 3D dizayn, robototexnika və elektronika üzrə layihələr üçün • Texnologiya həvəskarları – fərdi elektron qurğular, dronlar və 3D çap xidmətlərinə ehtiyac duyanlar Xidmətlərimiz hər bir müştərinin tələbinə uyğunlaşdırılır.
Layihə prosesi bir neçə mərhələdən ibarətdir və hər addım şəffaf şəkildə həyata keçirilir: 1. Tələblərin öyrənilməsi – Müştərinin məqsədi, ehtiyacları və texniki tələbləri dəqiq müəyyən olunur. 2. Planlaşdırma və təklif – Layihənin strukturu, müddəti və qiymətləndirilməsi hazırlanır. 3. Dizayn və prototipləşdirmə – UI/UX, elektron sxemlər və ya 3D modellər ilkin mərhələdə qurulur. 4. İcra və inkişaf – Veb, mobil, elektronika, PCB, dron və ya digər texnoloji hissələr hazırlanır. 5. Test və optimizasiya – Sistemlər sınaqdan keçirilir, stabillik və dəqiqlik təmin edilir. 6. Təhvil və dəstək – Hazır layihə təqdim olunur və davamlı texniki dəstək göstərilir. Bu yanaşma layihənin həm keyfiyyətli, həm də vaxtında tamamlanmasını təmin edir.
Layihənin icra müddəti göstərilən xidmətin növündən və mürəkkəbliyindən asılı olaraq dəyişir. Sadə veb-saytlar və kiçik texnoloji layihələr adətən daha qısa zamanda tamamlanır, daha geniş funksionallığa malik tətbiqlər, elektronika və ya dron sistemləri isə daha uzun hazırlıq tələb edə bilər. Orta hesabla layihələr bir neçə gündən bir neçə həftəyə qədər davam edir. Bütün hallarda müddət müştərinin tələblərinə uyğun olaraq əvvəlcədən razılaşdırılır və şəffaf şəkildə idarə olunur.
Bəli, biz müxtəlif istiqamətlər üzrə texniki tədris proqramları təqdim edirik: • Robototexnika və proqramlaşdırma • Dron texnologiyaları və uçuş sistemi • Elektronika və PCB dizaynı • Mikrokontroller sistemləri (Arduino, ESP32, STM32) • 3D modelləşdirmə və 3D printerlə çap • Veb və mobil inkişaf (frontend və backend) Təlimlər praktiki şəkildə keçirilir və iştirakçılar real layihələr üzərində işləməklə peşəkar bacarıqlar əldə edirlər.
Bəli, biz bütün xidmətlərimiz üzrə zəmanət və davamlı texniki dəstək təqdim edirik: • Hazırlanan layihələrə rəsmi zəmanət verilir – Funksionallıq, sabitlik və düzgün iş rejimi təmin olunur. • Texniki problemlərin operativ həlli – Nasazlıq yarandıqda tez bir zamanda müdaxilə edirik. • Yeniləmə və optimizasiya dəstəyi – Lazım olduqda proqram və ya avadanlıq yenilənir və optimallaşdırılır. • Uzunmüddətli servis xidməti – Elektronika, dronlar və digər sistemlər üçün davamlı xidmət göstərilir.


